Məzahir Pənahov “MSK-nın seçki məntəqələrindən şikayətlərə baxmaq səlahiyyəti yoxdur”

17:12 27 Dekabr 2014
62 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 17:10 ]

Bakı. Ramiz Mikayıloğlu - APA. “Əhali arasında maarifləndirmə işləri aparılmalıdır ki, seçki məntəqələrindən şikayətlərə Mərkəzi Seçki Komissiyasının baxmaq səlahiyyəti yoxdur. Şikayətlər öncə müvafiq Dairə Seçki komissiyalarına ünvanlanmalıdır. Sonrakı mərhələdə Dairə Seçki Komissiyasının qərarından Mərkəzi Seçki Komissiyasına müraciət edilə bilər”.


APA-nın məlumatına görə, bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında MSK sədri Məzahir Pənahov söyləyib.


M.Pənahov deyib ki, şikayətlərin DSK-lara göndərilməsi həm də şikayətlərin operativ araşdırılması üçün vacibdir: “Ancaq şikayətlər Mərkəzi Seçki Komissiyasına ünvanlanır, biz də təkrar həmin şikayətlərə baxılması üçün Dairə Seçki komissiyalarına göndəririk. Prosedur qayda belədir. Kimlərdəsə belə təəssürat yarana bilər ki, Mərkəzi Seçki Komissiyası müraciətlərə baxmaq istəmir, Dairə Seçki komissiyalarına göndərirDairə Seçki komissiyalarına yox, Mərkəzi Seçki Komissiyasına müraciət edənlər, sadəcə, vaxtı uzadıb özləri üçün problem yaradırlar. Bununla bağlı əhali arasında maarifləndirmə işləri aparılmalıdır”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR