"Futbolçularıma qol vurmağa çalışmamalarını söylədim"

"Futbolçularıma qol vurmağa çalışmamalarını söylədim"
11:42 29 Yanvar 2015
422 İdman
Ölkə mətbuatı
A- A+

"Oyuna çox yaxşı başladıq, amma ikinci hissədə heç nə edə bilmədik. Çünki azlıqda qalmışdıq. Bu səbəbdən futbolçularıma qol vurmağa çalışmamalarını söylədim. Bu, mənim qərarım idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Atletiko"nun baş məşqçisi Dieqo Simeone İspaniya Kubokunun 1/4 finalında "Barselona"ya 2:3 hesabı ilə uduzduqları matçdan sonra deyib.
 
"İlk hissədə oynadıqları oyuna görə futbolçularımla fəxr edirəm. Meydanda azlıqda olmalarına baxmayaraq, sona qədər bir çempion kimi mübarizə apardılar", - deyə o bildirib.
 
Argentinalı mütəxəssis futbolçusu Qabinin birbaşa qırmızı vərəqə almasına da münasibət bildirib: "Qabi hakimin qərarı ilə razılaşmadığını söylədi, epizodun penalti olduğunu ona bildirdi. Buna görə də hakim Qabini birbaşa qırmızı vərəqə ilə cəzalandırdı".
 
D.Simeone qeyd edib ki, "Barselona" hazırda çox yaxşı formadadır: "Suaresin gəlişi ilə hücum xətti daha da gücləndi. Bundan başqa, Klaudio Bravoter Stegen kimi yaxşı qapıçıları var".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321571.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR