x
Loading...

Azərbaycanın xarici işlər naziri Türkmənistan prezidenti ilə görüşüb

11:42 29 Yanvar 2015
54 Ölkə
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 11:36 ]


Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin 29 yanvar 2015-ci il tarixində Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyəti vurğulanıb.

 

Görüş zamanı iki ölkə  arasında iqtisadi, ticarət, elm, təhsil eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370776

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR