Əfsanəvi model od püskürdü (FOTO)

Əfsanəvi model od püskürdü (FOTO)
11:51 29 Yanvar 2015
488 Sosial
Ölkə mətbuatı
A- A+

Dünyanın ən məşhur modellərindən biri olan Naomi Kempel gənc həmkarlarına od püskürüb. ANS PRESS-in məlumatına görə, 90-cı illərin əfsanəsi, təcrübəli qaradərili model gənc nəsli bəyənmir.

O, yeni modelləri "Instagram qızları" adlandırıb. "Onlar da modeldir!".

O, bu gün dünya şöhrətli markaların simaları olan gənc simaların bu qədər çox izləyicisi olmasından şikayətlənib. N.Kempey onların milyonarla izləyici sayəsində reklam simaları da seçildiyini deyib.

44 yaşlı əfsanə əgər bu gün yenidən model kariyerasına başlaya bilsə yenidən öz yolu ilə gedəcəyinid eyib. "Yenə eyni yolu seçərəm, "Instagram qızları" kimi əsla olmaram. Bu günlərə gəlmək üçün çox əngəllərdən keçdik. İndi supermodellərə baxıram və öz özümə deyirəm. Allahım biz nə qədər çox çalışmışıq. Hələ də işləyirik".

Gənclər isə onunla razı deyillər. Belə ki, müasir moda ələminin ən çox seçilən simalarından olan və 1,5 milyon izləyicisi olan Gigi Hadid sosial medianın onların işinin bir hissəsi olduğunu deyir. "Nə qədər çox fərqli yönlərinizi göstərə bilsəniz o qədər çox iş görə bilərsiniz".



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=42&nid=322591

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR