“PAŞA Həyat Sığorta” ötən il aktivlərinin həcmini 83,2 faiz artırıb

“PAŞA Həyat Sığorta” ötən il aktivlərinin həcmini 83,2 faiz artırıb
12:03 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
“PAŞA Həyat Sığorta” şirkəti 2014-cü il ərzində əsas maliyyə göstəriciləri üzrə yüksək artıma nail olub.
“Paşa Həyat Sığorta”nın strateji inkişaf üzrə direktoru İsrail Qarayev AzərTAc-a bildirib ki, ötən il ərzində şirkətin ümumi aktivlərinin həcmi 43,1 milyon manat (83,2 faiz) artaraq 94,8 milyon manata, investisiya portfeli 40,1 milyon manat (99,3 faiz) artaraq 80,5 milyon manata çatıb.
Hesabat dövründə şirkətin sığorta ehtiyatlarının həcmi 29,3 milyon manat (2,7 dəfə) artaraq 46,1 milyon manat, sığorta haqları 6,9 milyon manat (19,7 faiz) artaraq 41,9 milyon manat, sığorta ödənişlərinin həcmi isə 1,8 milyon manat (2,7 dəfə) artaraq 2,9 milyon manat təşkil edib.
İ.Qarayev bildirib ki, il ərzində şirkətin nizamnamə kapitalının həcmi 15,050 milyon manat (59,7 faiz) artaraq 40,250 milyon manata çatdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/PASA_Heyat_Sigorta_oten_il_aktivlerinin_hecmini_832_faiz_artirib-828263

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR