Trend İnformasiya Agentliyi və "AzerNews" qəzeti "This Week in Focus" - ingilisdilli xəbərlər layihəsinin tətbiqinə başlayırlar - VİDEO

Trend İnformasiya Agentliyi və "AzerNews" qəzeti "This Week in Focus" - ingilisdilli xəbərlər layihəsinin tətbiqinə başlayırlar - VİDEO
12:05 29 Yanvar 2015
67 Sosial
Ölkə mətbuatı
A- A+

Trend İnformasiya Agentliyi və "AzerNews" qəzeti "This Week in Focus" - ingilisdilli xəbərlər layihəsinin tətbiqinə başlayırlar.

Proqramın aparıcıları "AzerNews" qəzetinin baş redaktoru Sevil Mikayılova və Trend-in İngilis xəbərlər xidmətinin redaktoru Klod Salhanidir.

Verilişin qonaqları Azərbaycan və bütün dünyadan olan siyasətçilər, eləcə də nüfuzlu nyusmeykerlər və ekspertlər olacaqlar. Müsahibələr studiyada canlı formatda və "Skype" videoəlaqəsi vasitəsilə aparılacaq. Veriliş zamanı yerli və dünya siyasəti arenasındakı daha aktual hadisələr müzakirə olunacaq.

Layihənin xəbərlər buraxılışları ilə Trend agentliyinin saytında, həmçinin sosial şəbəkələrdə, xüsusilə də verilişin "Twitter" səhifəsində, layihənin "Youtube" videoservisindəki kanalında və "Facebook"dakı rəsmi səhifəsində tanış olmaq mümkün olacaq.

"This Week in Focus" proqramının ilk epizodu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunub. Verilişin qonağı ABŞ-ın Qlobal Təhlükəsizlik Analizi İnstitutunun qabaqcıl eksperti, siyasi risklərin təhlili üzrə ixtisaslaşmış "International Market Analysis" şirkətinin direktoru, amerikalı politoloq Ariel Koendir.

Proqramın aparıcıları və verilişin qonağı A.Koen Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını və nizamlamada beynəlxalq ictimaiyyətin, xüsusilə Rusiya və ABŞ-ın rolunu müzakirə edirlər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321572.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR