“Rabitə” avrokubokda çıxışını davam etdirəcək

12:12 29 Yanvar 2015
412 İdman
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 12:09 ]


Bakı  - APA. Azərbaycan çempionu “Rabitə” avrokubokda çıxışını davam etdirəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası ilə vidalaşan Bakı təmsilçisi CEV kubokunda mübarizə aparacaq.

 

Belə ki, A qrupunu 4-cü pillədə bitirən Dejan Brdjoviçin yetirmələri qitənin ikinci dərəcəli klub turnirinin “Çelenc raund”unda oynamaq hüququ qazanıblar. Buna avrokubokların reqlamenti səbəb olub. Məsələ ondadı ki, Çempionlar Liqasında mübarizəni davam etdirən 13 klubun ardınca 4 komanda CEV kubokuna yollanıb.

 

Bunlardan ikisi qrup üçüncüləri arasında ən zəif, digər ikisi dördüncüləri arasında ən yaxşı nəticə göstərənlərdi. Set fərqinə görə qrupda sonuncu olan “Rabitə” ilə yanaşı, “Omiçka” (Rusiya), “Nant” (Fransa) və “Ştiinta” da CEV kubokunda yoluna davam edəcək.

 

Qeyd edək ki, “Rabitə” sonuncu dəfə 2009/2010 mövsümündə CEV kubokunda oynayıb və bürünc medal qazanıb.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370788

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR