x
Loading...
.

Məşhur model: "Paxıllığa vaxtım yoxdur" - FOTO

Məşhur model: "Paxıllığa vaxtım yoxdur" - FOTO
12:12 29 Yanvar 2015
562 Maraqlı
Ölkə mətbuatı
A- A+
.

"Kimsə ilə rəqabət aparmaq niyyətim yoxdur. Bütün fikrimi, diqqətimi neqativ məsələlərə yönəldərək həyatımı zəhərləmək fikrindən çox uzağam. Həyatım maraqlı olduğundan başqa modellərə paxıllıq etməyə vaxt tapmıram".
 
Braziliyalı supermodel Alessandra Ambrosio "Ocean Drive" jurnalı üçün fotosessiyaya çəkilib, müsahibə verib.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, "Victoria's Secret" brendinin 33 yaşlı modeli alt paltarları kolleksiyalarının nümayişləri ilə tanınıb. O, podiumlara Adriana Lima ilə çıxırdı.
 
"Bütün bunlar həyatımın bir parçası olsa da, ən önəmli məsələ deyil. Ailəm, övladlarım var və onlar mənimçün çox mühümdür. Tənqidlərə də normal yanaşıram. İnsanlar müxtəlif, fikirlər fərqlidir. Hər deyilən sözə fikir vermirəm", - A.Ambrosio deyib.

Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321536.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR