Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.Birinci Avropa Oyunları ilə əlaqədar Bakıda buraxılış imtahanları iyunun 7-dək keçiriləcək
Onun sözlərinə görə, digər regionlarda buraxılış imtahanlarının keçirilməsi iyun ayı ərzində davam edəcək.
M.Abbaszadə bildirib ki, imtahan tarixləri hazırda dəqiqləşdirilir. Gələn həftənin ilk günlərində imtahan cədvəlinin açıqlanması nəzərdə tutulur.
Milli.Az