Nissan və Toyota sahibləri üçün bəd xəbər

Nissan və Toyota sahibləri üçün bəd xəbər
12:22 29 Yanvar 2015
574 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yaponiyanın və dünyanın ən populyar, böyük avtomobil istehsalçılarından olan "Nissan Motor" korporasiyası texniki nasazlıqla bağlı olaraq 768 avtomobilinin "geri çağırılması"nı bəyan edib.
 
Milli.Az Kyodo-ya istinadən bildirir ki, geri çağırılan modellər 2008-2013-cü illərdə istehsal olunmuş, satışa "Nissan Qashqai" adı ilə çıxarılmış "Rogue" krossoveri və "Pathfinder" offrouderidir.
 
Çağırışın səbəbi avtomobillərin qapı örtüklərinin defektdir. Bu defekt nəticəsində salona su düşər ki, sonucda elektrik naqillərində qısaqapanmanın yaranması istisna deyil.
 
Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan "Toyota Motor" isə 2011-2012-ci illərdə istehsal edilmiş "Avalon" modelindən 52 min avtomobilin təmir üçün geri çağırılacağını bəyan edib.
 
Sedanın yük yerindəki sabvuferin elektrik naqilləri başqa predmetlərə toxuna biləcəyindən qısaqapanma yarana bilər.
 
Xatırladaq ki, ötən ilin dekabrında "Nissan" yanacaq sızması ilə nəticələnə biləcək defektə görə təqribən 470 min avtomobili geri çağırmışdı.
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321501.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR