Rus sərvətini İstanbula daşıyır

Rus sərvətini İstanbula daşıyır
12:26 29 Yanvar 2015
141 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" şirkəti təbii qazın Türkiyəyə çatdırılmasında Azərbaycanı qabaqlamağı planlaşdırır. Ötən gün Ankarada şirkətin sədri Aleksey Miller və Türkiyənin enerji və təbii sərvətlər naziri Taner Yıldız Rusiya qazının "Türk axını" marşrutu üzrə Avropaya çatdırılması qərarına gəliblər.

ANS PRESS-in məlumatına görə, A.Miller deyib ki, biz bu ilin ikinci rübündə qaz kəməri üzrə hökumətlərarası sənədin imzalanması barədə razılığa gəldik. Təbii qazın ilk partiyasının 2016-cı ilin dekabrında Türkiyə ərazisinə ötürülməsi nəzərdə tutulur. Qaz kəmərinin ilk dövrdə gücü ildə 15,75 milyard kubmetr olacaq. Biz Türkiyə bazarına bu həcmdə qaz göndərəcəyik.

Görüşdə yeni qaz kəmərinin texniki-iqtisadi göstəriciləri nəzərdən keçirilib, qaz marşrutu barədə qərar qəbul edilib. Qaz kəmərinin tam illik gücü 63 milyard kubmetr təşkil edəcək. Qaz boru kəmərinin 660 kilometr hissəsi köhnə "Cənub axını" dəhlizindən, 250 kilometri isə Türkiyənin Avropa hissəsinə tərəf tikilən yeni dəhlizdən keçəcək.

Məlumat verilib ki, Türkiyə ərazisində birgə qaz nəqliyyat gücü yaradılacaq. İştirak payları sonrakı danışıqlarda müəyyən ediləcək. "Botaş" Türkiyə tərəfindən səlahiyyət verilmiş şirkət təyin olunub. Bir həftə ərzində "Qazprom" və "Botaş" layihə üzrə birgə plan-qrafik hazırlayacaq.

Xatırladaq ki, bu layihə reallaşacağı təqdirdə, "Türk axını"nın birinci mərhələsi TransAnadolu (TANAP) boru kəməri ilə müqayisə ediləcək gücdə olacaq. Hansı ki, TANAP üzrə ilkin mərhələdə 16 milyard kubmetr Azərbaycan qazının Avropaya ötürülməsi planlaşdırılıb. Bunun 10 milyard kubmetri Avropa İttifaqı, 6 milyard kubmetri isə qərbi Türkiyə üçün nəzərdə tutulub.

Azərbaycan tərəfi layihə üzrə qazın çıxarılmasını 2018-ci ilin dekabrında başlamağı, 2019-cu ilin sonunda isə onun Türkiyə-Yunanıstan sərhədinə çatdırılmasını planlaşdırır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=322606

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR