Azərbaycanda 9 gün iş olmayacaq

Azərbaycanda 9 gün iş olmayacaq
12:27 29 Yanvar 2015
527 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanda Novruz bayramı vaxtı 7 gün iş olmayacaq

Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq. Lent.az-ın məlumatına görə, martın 8-i (Beynəlxalq Qadınlar Günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Bundan başqa, Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir. Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321590.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR