Qabi qırmızı vərəqə almasının səbəbini açıqladı

Qabi qırmızı vərəqə almasının səbəbini açıqladı
12:27 29 Yanvar 2015
442 İdman
Ölkə mətbuatı
A- A+

"Atletiko" (Madrid) klubunun yarımmüdafiəçisi Qabi "Barselona" ilə kubok matçında qırmızı vərəqə almasının səbəbini açıqlayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "AS" qəzetinə danışan komandanın kapitanı hakimin qərarını müzakirə etdiyi üçün qırmızı vərəqə ilə cəzalandırıldığını bildirib:
 
"Fasilədə hakimə "həmin epizodda penalti və qırmızı vərəqə verilməli idi. Videotəkrara bax və səhv etdiyinə əmin ol" dedim. Bu sözlərimdən sonra referi mənim oyundan qovulduğumu söylədi. Belədə biz 10 nəfərlə qaldıq və uduzduq. Təbii ki, hər kəs səhv edə bilər. Ancaq biz bu səhvlərdən dərs almalıyıq".
 
Qeyd edək ki, öz meydanında "Barselona"ya 2:3 hesabı ilə uduzan "Atletiko" kubokda mübarizəni dayandırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/321578.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR