Azərbaycanda ötən il istehsalatda baş verən bədbəxt hadisələrin səbəbləri açıqlanıb

12:32 29 Yanvar 2015
167 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 12:27 ]


Bakı. Ramiz Mikayıloğlu-APA. Azərbaycanda 2014-cü ildə baş verən bədbəxt hadisələrin sahələr üzrə bölgüsü və səbəbləri açıqlanıb.

 

APA-nın məlumatına görə, bu gün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə “Təhlükəsiz iş ongünlüyü” çərçivəsində seminar-müşavirədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri İlqar Məmmədov deyib ki, keçən il istehsalatda baş verən bədbəxt hadisələrin 62-i zərbə, 48-i hündürlükdən yıxılma, 18 elektrik cərəyanı ilə təmas, 23-ü sürüşmə, 7-i texniki yanıq, 1-i uçan əşya və digər səbəblərdən baş verib.

 

İ. Məmmədov bildirib ki, keçən il neft və mədənçıxarma sənayesində 24 bədbəxt hadisə baş verib, 14 nəfər dünyasını dəyişib. Tikinti sahəsində 66 hadisə nəticəsində 28 nəfər dünyasını dəyişib, 43 nəfər xəsarət alıb. Onun sözlərinə görə, tikinti sahəsində baş verən bədbəxt hadisələrin əsas səbəbi hündürlükdən yıxılmadır. İ. Məmmədov qeyd edib ki, keçən il tullantı sularının təmizlənməsi nəticəsində 2 nəfər həyatını itirib: “Keçən il topdan və pərakəndə təmin sahəsində 3 nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib. Bu hadisələrdən 1-i hündürlükdən yıxılma, 3-ü zərbə nəticəsində olub. İnformasiya və rabitə sahəsində 3 nəfər xəsarət alıb, 1 nəfər dünyasını dəyişib, səbəb hündürlükdən yıxılma və elektrik enerjisi ilə təmas nəticəsində olub. Maliyyə sektoru sahəsində 3 nəfər xəsarət alıb, 2 nəfər həyatını itirib, əsas səbəb yol-nəqliyyat hadisələridir. Təhsil sahəsində 2014-cü 4 bədbəxt hadisə baş verib, 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. Təhsil sahəsində baş verən bədbəxt hadisələr də yol-nəqliyyat hadisələridir. Keçən il səhiyyə sahəəsində baş verən və 1 nəfərin ölümü, 11 nəfərin xəsarət alması ilə nəticələnən 7 bədbəxt hadisə də yol-nəqliyyat hadisəsidir. Keçən il kənd təsərrüfatında yol-nəqliyyat və büdrəmə nəticəsində 3 bədbəxt hadisə baş verib, 2 nəfər xəsarət alıb, 2 nəfər ölüb.

Digər sahələrdə isə 32 bədbəxt hadisə baş verib, 10 nəfər ölüb.

 

İ. Məmmədov keçən il tikinti sektorunda daha çox bədbəxt hadisənin baş verdiyini açıqlayıb: “ Keçən il tikinti sektorunda 38 bədbəxt hadisə baş verib. Tikinti şirkətləri tərəfindən əməyin mühafizəsinə yetərincə riayət olunmur. Tikinti sektorunla bədbəxt hadisələrin 25 faizi hündürlükdən yıxılma ilə bağlı olub. Bu da işçilərə fərdi mühafizə vasitələrinin verilməməsindən, potensial eyvan və digər yerlərin ətrafının çəpərlənməməsindən və digər səbəblərdən irəli gəlir”.

 

İ. Məmmədov bədbəxt hadisələrin qarşısının alınması üçün Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tövsiyələrini də açıqlayıb: “İşə cəlb olunan bütün işçilərlə əmək müqaviləsi bağlanmalı, 50 nəfərdən artıq işçisi olan müəssisələrlə əməyin mühafizəsi xidmətləri yaradılmalı, xüsusi hazırlıq tələb edən sahələrə xüsusi hazırlığı olan işçilərin vəsiqələrlə buraxılmalı, fiziki aşınmaya məruz qalmış dəniz estakadalarında iş şəraitinə daim nəzarət edilməli, fərdi mühafizə vasitələrindən istfiadə olunmasına nəzarət həyata keçirilməli, əmək və istirahət rejiminə riayət edilməli, potensial yıxılma riski olan eyvanların, tikinti sahəsinin çəpərlənməli, şaxtaların üzəri örtülməli, hündürlükdə hörgü işləri aparılarkən qoruyucu çərçivələr vurulmalı, oksigen balonlarının vaxtlı-vaxtında yoxlanılmalı, elektrik xətlərinin izolyasiya edilməsinin mütəmadi yoxlanılmalı, istifadə olunan kəsici və deşici alətlərin vaxtlı-vaxtlı yoxlanılmalıdır. Eyni zamanda tikinti istifadə edilən bütün kranların texniki yoxlamadan keçirilməsi, elektrik cərəyanı ilə işləyən avadanlıqların torpaqlanması təmin edilməli, işçilərin əmək və peşə qabiliyyətinin itirilməsi ilə bağlı icbari sığorta edilməlidir”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370791

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR