Azərbaycan və Türkiyənin baş diplomatları görüşdülər

Azərbaycan və Türkiyənin baş diplomatları görüşdülər
12:37 29 Yanvar 2015
56 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin bu gün Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu ilə görüşdü.

XİN-in mətbuat xidmətindən Trend-ə bildiriblrə ki, görüş zamanı iki ölkə arasındakı münasibətlərin cari səviyyəsini yüksək qiymətləndirən tərəflər Azərbaycan ilə Türkiyə arasındakı ikitərəfli əlaqələrin dostluq və qardaşlıq xarakteri daşıdığını xüsusi vurğuladılar.

2015-ci ilin 14-15 yanvar tarixlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyəyə səfəri zamanı müxtəlif səviyyələrdə keçirilmiş görüşləri ikitərəfli münasibətlərin daha da inkişafı baxımından yüksək qiymətləndirdilər.

Görüş zamanı tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğuladılar.

Görüş zamanı həmçinin regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321586.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR