Azərbaycanda “Elektron hökumət”lə bağlı təlimlərə başlanılır

Azərbaycanda “Elektron hökumət”lə bağlı təlimlərə başlanılır
12:41 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) 2015-ci il üçün təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq “Elektron Hökumət” üzrə maarifləndirici təlimlərə start verir.
 
MHM-dən verilən məlumata görə, artıq mərkəz bir sıra təhsil müəssisələri ilə əməkdaşlığa başlayıb.
 
Belə ki, tezliklə “Dünya Məktəbi” və “Bakı Avropa liseyi”ndə “Kitab yoxsa kompüter?”, “Virtual yoxsa real məmur?”, “Ənənəvi yoxsa elektron hökumət?” və s. mövzular çərçivəsində planlaşdırılan tədbirlər baş tutacaq.
 
“Elektron Hökumət” quruculuğu, e-xidmətlər, e-imza üzrə keçirilən bu maarifləndirici-təşviqedici seminarların əsas məqsədi dövlət-vətəndaş münasibətlərində innovasiya hesab edilən, bürokratik ənənəvi əməliyyatlara son qoyan elektronlaşmanın ictimai mahiyyətini, əhəmiyyətini və gələcək planları vətəndaşlarımıza çatdırmaq, idarəetmədə yenilik olan rəqəmsallaşmanın son nəticədə ictimai rifahın yaxşılaşmasına xidmət etməsini izah etməkdir.
 
“Elektron Hökumət” portalının operatoru - Məlumat Hesablama Mərkəzi bütün dövlət və qeyri-dövlət qurumlarının rəhbər şəxslərini “Elektron Hökumət” portalının, e-xidmətlərin, e-imzanın təbliğatı baxımından aktiv olmağa səsləyir.
 
Qurumların rəhbərləri “Elektron Hökumət” quruculuğu, e-xidmətlər, e-sənəd mübadiləsi üzrə təlimlərin keçirilməsini istədikləri halda rəsmi qaydada MHM-ə müraciət edə bilərlər.
 
CAHANGİR


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-35028-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR