Lənkəranda bayram yarmarkası keçirilib - FOTO

Lənkəranda bayram yarmarkası keçirilib - FOTO
17:47 27 Dekabr 2014
86 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 17:31 ]

Lənkəran. Ağəddin Babayev - APA. Dekabrın 27-də Lənkəran şəhərindəki dəmiryolu vağzalyanı meydanda kənd təsərrüfatı və ərzaq məhsullarının ənənəvi bayram yarmarkası keçirilib.

 

APA-nın cənub bürosunun məlumatına görə, Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə Lənkəran Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkanın məqsədi bazarlarda süni qiymət artımının qarşısını almaqdan ibarət olub.

 

Səhər saat 9:00 radələrindən başlayan yarmarkada Bakı şəhərindən və respublikanın ayrı-ayrı  rayonlarından 47 firma və şirkət iştirak edib. Satışa müxtəlif çeşiddə 470 tondan artıq məhsul  çıxarılıb. Bu məhsullar bazarla müqayisədə 25-30 faiz aşağı qiymətə satılıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367509

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR