Yapı Kredi Bank Azərbaycan ilk dəfə əmanət yatıran müştərilərin vergilərini ödəyəcək

Yapı Kredi Bank Azərbaycan ilk dəfə əmanət yatıran müştərilərin vergilərini ödəyəcək
12:43 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Fiziki şəxslərin banklardakı əmanətlərinə hesablanan faiz gəlirlərindən vergi tutulmasına başlanandan sonra Yapı Kredi Bank Azərbaycan yeni kampaniyaya start verib.
Bankdan AzərTAc-a bildiriblər ki, kampaniyanın şərtlərinə əsasən, fevralın 28-dək illik 7500 manata qədər əmanət yerləşdirən hər bir vətəndaş Yapı Kredi Bank Azərbaycanın təklif etdiyi fürsətdən yararlana biləcək. Belə ki, banka ilk dəfə əmanət yerləşdirən müştərilərin əmanətlərinin vergilərini bank özü ödəyəcək. Kampaniya 1 illik 7500 manatadək yerləşdirilən əmanətlərə aiddir. Kampaniya müddətində yerləşdirilən lakin vaxtından əvvəl çıxarılan və ya ləğv edilən əmanətlər üçün bu kampaniya tətbiq edilməyəcək və həmin əmanətlərə ödəniləcək faiz dərəcəsi illik 0.25 faiz olacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yapi_Kredi_Bank_Azerbaycan_ilk_defe_emanet_yatiran_musterilerin_vergilerini_odeyecek-828279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR