SOCAR-ın işçisi faciəvi şəkildə öldü

SOCAR-ın işçisi faciəvi şəkildə öldü
12:44 29 Yanvar 2015
273 Ölkə
Ölkə mətbuatı
A- A+

Maşinist gəminin lövbər salmasını gözləmədən özülə çıxmaq istəyib

Yanvarın 28-i saat 18:10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə bədbəxt hadisə baş verib. SOCAR-dan Lent.az-a verilən məlumata görə, özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb. Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. A. Məmmədovun meyiti tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191834

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR