x
Loading...
.

Nadirdən Brilliantın iddiasına cavab

Nadirdən Brilliantın iddiasına cavab
12:51 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Müğənni Nadir Qafarzadə xalq artisti Brilliant Dadaşovanın onunla bağlı açıqlamasına münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, B.Dadaşova N.Qafarzadənin səsləndirdiyi “Unutulur” mahnısının əslində onun ideyası olduğunu söyləyib:
 
“Efirdə dedim bu mahnını Zülfiyyə Xanbabayeva ilə duet oxuyacağıq. Gördüm Nadir götürüb oxudu”.

N.Qafarzadə qarşı tərəfin iddiasının həqiqətə uyğun olmadığını deyib:

“İfa etdiyim mahnılar hər zaman müzakirə mövzusu olur. Bu normaldır. Bu günə qədər bir çoxları mənim ideyamı oğurlayıb. Buna hələ də davam edirlər. Amma mən heç kimin mahnısını nə oğurlamışam, nə də ki mənimsəmişəm. İllərdir dinlədiyim bir mahnını repertuarıma daxil etmişəm. Bu bəstəni ilk öncə tələbəmlə duet şəklində ifa etdim. Lakin daha sonra solo versiyada oxumağı qərara aldım. Çünki əksər yerlərdə bu mahnını məndən istəyirlər”.


Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=25735

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR