Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin mövcud səviyyəsi məmnunluq doğurur

12:53 29 Yanvar 2015
277 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı 29 yanvar, AzərTAc
Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin yanvarın 29-da Aşqabadda keçirilən üçtərəfli görüşü çərçivəsində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, ölkələrimiz arasındakı münasibətlərin mövcud səviyyəsinin məmnunluq doğurduğunu deyən nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Türkmənistanın dövlət başçısına çatdırıb.
Prezident Qurbanqulu Berdiməhəmmədov da salamlarının və ən xoş arzularının Azərbaycan Prezidenti İlham Əliyevə çatdırılmasını xahiş edib.
Tərəflər Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin iştirakı ilə üçtərəfli görüşün keçirilməsinin regional əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Görüşdə iki ölkə arasında iqtisadi, ticarət, elm, təhsil, eləcə də qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ile_Turkmenistan_arasinda_munasibetlerin_movcud_seviyyesi_memnunluq_dogurur-828281

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR