Məleykə Abbaszadə: Bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq

Məleykə Abbaszadə: Bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq
12:53 29 Yanvar 2015
951 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Әvvəlki illərin məzunları olan abituriyentlər bu il qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olunmaları üçün buraxılış imtahanı səviyyəsində olacaq eksternat imtahanda iştirak edəcəklər. Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu il bəzi qabiliyyət tələb edən ixtisaslara qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən aparılacaq. Ancaq bu, yalnız cari ilin məzunlarına şamil olunacaq: "Әvvəlki illərin məzunlarının qabiliyyət tələb edən ixtisaslara qəbul olunmaları üçün təklif ediləcək ki, onlar buraxılış imtahanı səviyyəsində olacaq eksternat imtahanda iştirak etsinlər. Onların attestat qiymətlərini nəzərə ala bilməyəcəyik".

M.Abbaszadə onu da əlavə edib ki, bu il 4 yeni sınaq imtahanının keçirilməsi nəzərdə tutulur: "Təkrar sınaq imtahanlarına yazılanların sayı elə də çox olmur. Bundan başqa uşaqlar təkrar imtahana çox zaman ona görə yazılırlar ki, valideynlərə öz bilik səviyyəsi haqqında yanlış məlumat versinlər. Amma ola bilsin ki, tələbat olsa, hansısa regionlarda elan olunan günlərdən başqa təkrar imtahanları keçirəcəyik. Hələ ki, nəzərdə tutmuşuq ki, 4 sınaq imtahanı keçirilsin".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2358463.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR