“Respublika Məktəblərarası debat Forumu 2014” layihəsi başa çatıb

12:57 29 Yanvar 2015
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 12:53 ]


Bakı. Fuad Cəfərov -APA. Yanvarın 29-da “Respublika Məktəblərarası debat Forumu 2014” layihəsi çərçivəsində final oyunu və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkirdə ümumilikdə 180 şagird üçün təlimlər, eyni zamanda turnirlər keçirilib.

 

Təlim və turnirlərdən sonra Respublika Məktəblərarası debat Forumu 2014” keçirilib. Forumda Bakı, Sumqayıt, Gəncə, Şəki, Lənkəran və Şəmkir şəhərlərindən hər birindən 10 məktəbin komandası iştirak edib.

 

Tədbirdə Təhsil Nazirliyin rəsmiləri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının nümayəndələri və Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Gənclər və İdman Nazirliyinin rəsmisi iştirak edib.

 

Mərasimdə çıxış edən qonaqlar bu cür layihələrinin keçirilməsini təqdirəlayiq hesab ediblər və belə tədbirlərin narkotiklərin və narkomanlığın qarşısının alınmasında böyük rol oynayır.

 

Rəsmi çıxışlardan sonra Forumun final oyunu keçirilib. Qaliblərə Təhsil Nazirliyinin diplomları təqdim olunub.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370795

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR