Sabahın hava proqnozu

Sabahın hava proqnozu
13:01 29 Yanvar 2015
148 Digər
Ölkə mətbuatı
A- A+

Sabah Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, yanvarın 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq. Şimal küləyi gündüz cənub küləyilə əvəzlənəcək.

Abşeron yarımadasında temperatur gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Yanvarın 30-da rayonlarda da hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Axşama doğru bəzi şimal cə şərq rayonlarında yağıntı gözlənilir. Şərq küləyi əsəcək.

Temperatur aran rayonlarında gecə 0-5 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlıq rayonlarda gecə 0-5 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=322635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR