SOCAR-ın əməkdaşı iş başında öldü

13:05 29 Yanvar 2015
67 Digər
Ölkə mətbuatı
A- A+

Gəmiyə minib-düşmə zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması bədbəxt hadisə ilə nəticələnib.

Trend-in ARDNŞ-ın saytına istinadən verdiyi məlumata görə, yanvarın 28-də, saat 18.10 radələrində Xəzər Dəniz Neft Donanmasının PSK-39 gəmisi ilə “Abşeronneft” NQÇİ-nin istismar etdiyi 720 saylı özüldə növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində sementləyici aqreqat maşinisti işləyən, 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləmədən təhlükəsizlik qaydalarını pozub və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşərək xəsarət alıb.

Yoldaşları tərəfindən dərhal sudan çıxarılmasına baxmayaraq o, aldığı xəsarətdən gəmidə ölüb. Ağaməlik Məmmədovun meyidi tibbi ekspertizadan keçirildikdən sonra ailəsinə təhvil verilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/321603.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR