Universitetin kafedra müdirinə cinayət işi açıldı - RƏSMİ

Universitetin kafedra müdirinə cinayət işi açıldı - RƏSMİ
13:09 29 Yanvar 2015
145 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncə Dövlət Universitetinin (GDU) müəlliminin əməlləri ilə bağlı cinayət işi başlanıb. Lent.az-ın məlumatına görə, universitetinin “Ekologiya və təbiəti mühafizə” kafedrasının müdiri Rəhimov Vaqif İnqilab oğlu barəsində prokurorluqda korrupsiya faktı ilə əlaqədar istintaq aparılır. Bu səbəbdən artıq o, tutduğu vəzifəsindən və işdən uzaqlaşdırılıb.

 

GDU-nun mətbuat xidmətindən xəbəri təsdiqləyiblər.

 

Qeyd edək ki, Təhsil Nazirliyinin 2012- ci il 20 dekabr tarixli 11/ 1333 nömrəli əmri ilə anadan olmasının 55 illiyi münasibəti ilə V. Rəhimov “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191839

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR