Play Store

"Toy" olacaq

"Toy" olacaq
13:12 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2 fevral 2015-ci il tarixində, saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında Gənclər Gününə həsr olunan “Toy” adlı konsert tamaşası keçiriləcəkdir.

Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, konsertdə Azərbaycan Respublikasının xalq artisti Ağaverdi Paşayevın rəhbərliyi ilə F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı çıxış edəcək.

Baletmeyster - xalq artisti Cəmilə Bayramova. Xormeyster - Fəxrəddin Atayev

Solistlər - əməkdar artist Sevinc Hüseynli.

Artistlər - Ruslan Hacıyev, Günel Şeyxova, Telman Əliyev, Viktoriya Şahmuradova, Orxan Əlizadə, Türkay Məlikova.

Proqramda: Azərbaycan xalq mahnı, rəqsləri və bəstəkar əsərləri səslənəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321593.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR