Bakıda dənizkənarı ərazilərin təmizlənməsinə dair beynəlxalq aksiya keçiriləcək

Bakıda dənizkənarı ərazilərin təmizlənməsinə dair beynəlxalq aksiya keçiriləcək
11:23 16 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

“Coca-Cola” şirkətinin bütün dünyada uzun illər ərzində dəstəklədiyi Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində “Bakcell” şirkəti və “Green Baku” ekoloji gənclər birliyinin həyata keçirdiyi “Let’s Do It!” proqramı ilə birgə olaraq sentyabrın 19-da Novxanı qəsəbəsi çimərliyində təmizlik aksiyası keçiriləcək.

“Ocean Conservancy” təşkilatının təşəbbüsü ilə yaradılan və BMT tərəfindən dəstəklənən Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü Bakıda 19 sentyabr tarixində “Coca-Cola” şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri, həmçinin Novxanı qəsəbəsi çimərliyində keçiriləcək təmizlik aksiyasına qoşulmaq istəyən hər bir kəs tərəfindən qeyd olunacaq.

Hər il sentyabr ayında keçirilən Beynəlxalq Sahilyanı Təmizlik aksiyası “Coca-Cola” şirkəti tərəfindən artıq 20 il dəstəklənir və yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu il sözügedən aksiya “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN qrupu”, Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “Green Baku” ekoloji gənclər birliyi, “Let’s Do It Azerbaijan” proqramı (letsdoitworld.org), Binəqədi Rayon İcra Hakimiyyəti, həmçinin “Urban.az” informasiya portalı tərəfindən dəstəklənir. Aksiyanın daimi tərəfdaşları sırasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alır.

«“Coca-Cola” şirkəti cəmiyyətin rifahının, ətraf mühitin və planetin qeydinə qalır. Biz bütün arzu edənləri Azərbaycanda artıq altıncı dəfə keçirilən bu gözəl aksiyada iştirak etməyə və Xəzəryanı əraziləri zibildən təmizləməklə öz töhfələrini verməyə çağırırıq. Hər il yüzlərlə insanın iştirak etdiyi “Сoastal Cleanup” aksiyası iştirakçılara ətraf mühitin önəmini dəyərləndirməyə imkan verir, təbiətə qayğı və məsuliyyətlə yanaşma mədəniyyətini formalaşdırır», - deyə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel bildirib.

Aksiya 19 sentyabr tarixində “Topla, təmizlə, fərqi gör!” şüarı altında Novxanı çimərliyində keçiriləcək. Bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunacaqlar.

Qeyd edək ki, Azərbaycanda son 5 il ərzində “Coca-Cola” tərəfindən keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 10 ton məişət tullantısından təmizlənib. Ümumiyyətlə, 2014-cü ildə aksiyaya “Coca-Cola”nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə uzunluğu 20 min km olan sahilyanı ərazilər tullantıdan təmizlənib.

“Coca-Cola” şirkəti təmizlənən ərazilərdən toplanan tullantıları qeydə alaraq məlumatı “Ocean Concervancy” təşkilatına göndərir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur. Bu cür təşəbbüslər ekologiya və ətraf mühitin qorunması sahəsində “Coca-Cola”nın həyata keçirdiyi inkişaf proqramlarının, xüsusilə də, dünya okeanları və su hövzələrinin mühafizəsi sahəsində görülən işlərin nəticələrini gücləndirir.

“Coca-Cola” şirkəti hər kəsi aksiyaya qoşulmağa və Xəzəryanı sahil ərazisinin təmizlənməsinə öz töhfələrini verməyə dəvət edir. Aksiyada iştirak etmək istəyənlər (012) 436-90-67/436-85-09 telefon nömrələrinə zəng edib, info@redcom.az ünvanına iştirakla bağlı məktub göndərib və ya aksiyanın https://www.facebook.com/events/462048520641997/ ünvanlı “Facebook” səhifəsində qeydiyyatdan keçə bilərlər.

“Coastal Cleanup” aksiyasının iştirakçıları 19 sentyabr saat 9:00-da “Azadlıq prospekti” metro stansiyasının çıxışında toplaşıb xüsusi avtobuslarla təmizləmə işlərinin aparılacağı əraziyə yola düşəcəklər.

Xatırladaq ki, 1995-ci ildən etibarən “Coca-Cola” şirkəti ilə “Ocean Conservancy” təşkilatı arasında sıx əməkdaşlıq mövcuddur. Şirkət 2011-ci ildə “Ocean Conservancy” ilə birgə “Trash Free Seas Alliance”ın yaradılmasında iştirak edib. Bu, dənizdə tullantıların üzə çıxmasının səbəblərinin aşkarlanması və onların aradan qaldırılması istiqamətində üzərinə öhdəlik götürən müxtəlif müəssisələrin, ictimai təşkilatların, elmi qurumların və ictimai qrupların birliyidir.

Ötən il keçirilmiş təmizlik aksiyasından olan video-çarxı diqqətinizə çatdırırıq: https://youtu.be/mqUTg9hpozY

“Coca Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2433906.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR