Play Store

Məşhur konqresmendən Obamaya Azərbaycanla bağlı çağırış

Məşhur konqresmendən Obamaya Azərbaycanla bağlı çağırış
13:17 29 Yanvar 2015
149 Digər
Ölkə mətbuatı
A- A+

"Azərbaycanın sabitliyi və çiçəklənməsi bütün Qafqaz regionunun sabitliyi və çiçəklənməsi deməkdir. Məhz buna görə ABŞ prezidenti Barak Obamanın administrasiyası Amerika dəyərlərini, ideallarını və əxlaqını müdafiə etməli və Azərbaycan hökuməti və xalqı ilə strateji münasibətləri pozmamalıdır".

Trend xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Alabama ştatından olan üzvü Robert Adelhortun "Vaşinqton Tayms" qəzetində dərc edilmiş məqaləsində deyilir.

Məqalədə deyilir: "Azərbaycan kiçik, lakin çox mühüm ölkədir, Xəzər dənizinin qərb sahillərində yerləşir. Ölkə şimaldan Rusiya, cənubdan isə İranla həmsərhəddir. Azərbaycan mühüm əhəmiyyətə malikdir, çünki onun təkində regionun əhəmiyyətli neft və qaz yataqları mövcuddur. Məhz buna görə də Qərb üçün strateji baxımdan vacib ölkədir”.

R.Adelhort Azərbaycana bir neçə dəfə səfər etdiyini yazır. Çünki o, ABŞ Konresinin üzvüdür və fəaliyyətləri birbaşa və ya dolayısı ilə beynəlxalq problemlərin həlli ilə bağlı olan müxtəlif komitə və təşkilatların iclaslarında iştirak edir.

Bununla əlaqədar, məqalə müəllifi yazır ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi, onun Qərb qarşısında götürdüyü öhdəliklər ölkənin əhəmiyyətini xeyli artırır. Eyni zamanda, bu, qonşu ölkələrdən Azərbaycana gələn təhdidləri aktuallaşdırır: "Krımın işğalı və Rusiyanın Ukraynadakı üsyançıları dəstəkləməsi fonunda Azərbaycanın gələcəyi ilə bağlı narahatlığımıza hər cür əsas var".

Materialda deyilir ki, Azərbaycan hökuməti Rusiyanın Ukraynanın daxili işlərinə müdaxiləsi məsələsində aydın mövqeyini ifadə edib. Azərbaycan, Gürcüstan və Moldova ötən il BMT Təhlükəsizlik Şurasında postsovet məkanında Rusiyanın təcavüzünə qarşı səs verə bilən yeganə ölkələr idilər.

Müəllif yazır ki, Azərbaycanın beynəlxalq siyasəti ABŞ və onun müttəfiqləri kimi, dünya birliyinin xeyrinə yönəlib: "ABŞ prezidenti Barak Obama Rusiya təcavüzünün Ukraynanı deyil, Azərbaycanı təhdid edəcəyi halda özünü necə aparardı?"

O izah edir ki, Barak Obamanın Ukrayna ilə münaqişə zamanı özünü necə apardığını gördüyünə görə, bu sualla müraciət edir: "Qorxuram ki, ötən illərin təcrübəsi əsasında biz çox hay-küylü vədlər və çox az hərəkət gözləyə bilərik".

Konqresmenin sözlərinə görə, prezident Obama dünyadakı münaqişələrə o qədər süst reaksiya verir ki, dəfələrlə ABŞ öz prinsiplərindən imtina etməli olub: "Eyni zamanda, prezident Putin öz hərəkətləri ilə aydın şəkildə anlatdı ki, əgər o, nəsə istəyirsə, onda öz hədəfinə nail olmaq üçün hər şeyi edəcək. ABŞ təkcə öz marağında olduğuna görə Azərbaycanı dəstəkləməməlidir, Bakı dəfələrlə Vaşinqtonu ən çətin günlərində dəstəkləyib".

Konqresmen yazır: "2001-ci il 11 sentyabr terror aktlarından sonra Azərbaycan öz hərbi qulluqçularını sülhməramlı əməliyyatları dəstəkləmək üçün Əfqanıstana göndərdi. Biz bundan sonra radikal islamla mübarizədə bizi dəstəkləyən Azərbaycandan necə üz döndərə bilərik?"

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321602.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR