İrəvanda ticarətçilər yenidən etiraz aksiyası keçirir

14:17 29 Yanvar 2015
361 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 14:14 ]


Bakı. Rüfət Əhmədzadə - APA. Bu gün Ermənistan paytaxtında mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşıb.

 

APA-nın “Kavkazskiy uzel”ə istinadən məlumatına görə, “Dövriyyə vergisi haqqında” qanuna etiraz edən nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların “adi vəzifənin öhdəsindən gəlmədiklərini” deyiblər. Aksiyada “Qərarı ləğv edin!”, “Tətil” və “Biabırçılıq” kimi şüarlar səsləndirilib.

 

Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, “Dövriyyə vergisi haqqında” qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcəklər. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub.

 

Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıblar.

 

Təşkilatçılar bildirib ki, onların aksiyasına dəstək vermək üçün çoxlu sayda Gümrü sakini də artıq İrəvana yola düşüb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370818

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR