Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb

14:17 29 Yanvar 2015
147 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 14:13 ]

Bakı. Cavid Zeynallı - APA. Akademik Milli Dram Teatrında xalq şairi Vaqif Səmədoğlu ilə vida mərasimi başlayıb.

APA-nın xəbərinə görə, mərasimdə şairin ailə üzvləri, Azərbaycan Yazıçılar Birliyinin sədri  Anar, dövlət müşaviri Kamal Abdulla, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev və başqaları iştirak edir.

 

Xalq yazıçısı Anar V. Səmədoğlunun ölümünü Azərbaycan ədəbiyyatı üçün böyük itki kimi dəyərləndirib: "Səməd Vurğun ailəsi sonbeşiyini, Azərbaycan ədəbiyyatı böyük şairini, mən dostumu itirdim. Vaqif ölümdən yazsa da, həyatı çox sevirdi. O, bizə kişi kimi yaşamağı, ölümü kişi kimi qarşılamağı öyrətdi".

 

Dövlət müşaviri Kamal Abdulla bildirib ki, V. Səmədoğlunun itkisi ədəbiyyatın böyük itkisidir: "Onun qədər daxilən azad adam tapmaq çətin məsələdir. Onun həyat sevgisi, təbəssümü hər kəsin qəlbində yaşayacaq. Vaqif Səmədoğlu öz həyat fəlsəfəsi, öz həyat baxışı olan insan idi".

 

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, xalq şairi Nəriman Həsənzadə, millət vəkili Nizami Cəfərov və başqaları V. Səmədoğlu haqqında fikirlərini bölüşüblər.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370819

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR