Səməd Seyidov operativ qərargah yaradıb

Səməd Seyidov operativ qərargah yaradıb
18:44 27 Dekabr 2014
75 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı Səməd Seyidov universitetdə qış imtahan sessiyasının başlanması münasibətilə Pedaqoji (İngilis dili və Fransız dili) fakültəsində IV kursda keçirilən imtahanların gedişini izləyib. Ali məktəbdən Lent.az-a verilən məlumata görə, imtahan sessiyasının şəffaf, obyektiv və qaydalara uyğun keçirildiyini qeyd edən rektor  şikayətlərlə bağlı universitetdə Operativ Qərargahın, eyni zamanda “Qaynar xətt”in  fəaliyyət göstərdiyini tələbələrin diqqətinə çatdırdı. I Avropa Oyunlarının keçirilməsi səbəbi ilə tədris prosesinin və imtahan sessiyasının gələn ilin may ayının 31-də başa çatacağını nəzərə çatdıran rektor S. Seyidov universitetdə tələbələrin tədrisi üçün bütün imkanların yaradıldığını bildirib.

Qeyd edək ki, rektorun əmrinə əsasən, dekabrın 27-dən yanvarın 18-dək universitetdə qış imtahan sessiyası keçiriləcək. Qış imtahan sessiyası 5 fakültənin (Pedaqoji (İngilis dili və Alman dili), Pedaqoji (İngilis dili və Fransız dili), Filologiya və jurnalistika, Tərcümə, Regionşünaslıq və Beynəlxalq münasibətlər) əyani şöbəsində aparılır. Qiyabi şöbədə sessiya müddəti dekabrın 22-dən yanvarın 26-dək müəyyən edilib.

Qış imtahan sessiyası müddətində yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, sessiyanın normativ sənədlərə uyğun keçirilməsinə kömək etmək məqsədilə Operativ Qərargah yaradılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR