x
Loading...

Düşmən orduda çaxnaşma

Düşmən orduda çaxnaşma
14:26 29 Yanvar 2015
324 Ölkə
Ölkə mətbuatı
A- A+
.

Ermənistan ordusunun iki muzdlusu yaralanıb.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hərbçilər Voskepar (Əskipara) kəndi yaxınlığında güllə yarası alıblar. Onlardan biri 27 yaşlı Qrişa Otaryan, digəri isə 47 yaşlı Surik Movsisyandır. Yaralılar hospitala çatdırılıblar. Onların vəziyyəti ağırdır.

Qeyd edək ki, bu gecə cəbhə xəttində atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 87 dəfə pozub.

Ermənistan Respublikasının İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndində və adsız yüksəkliklərdə, Berd rayonunun Ayqepar, Çinari kənlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Hacıalılı, Ağbulaq, Koxanəbi, Muncuqlu kəndlərində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun Göyarx, Çaylı, Goranboy rayonunun Tapqaraqoyunlu, Ağdam rayonunun Kəngərli, Yusifcanlı, Şıxlar, Şuraabad, Mərzili, Cəvahirli, Sarıcalı, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.

Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=322653

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR