Nüşabə Sadıqlı Müsavat Məclisinin sədri seçildi

Nüşabə Sadıqlı Müsavat Məclisinin sədri seçildi
19:06 27 Dekabr 2014
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası Məclisinin bugünkü iclasında Məclis sədri vəzifəsinə seçkilər keçirilib.

ANS PRESS APA-ya istinadən xəbər verir ki, bu barədə Müsavat başqanının müavini Gülağa Aslanlı məlumat verib.

Onun sözlərinə görə, səsvermədə 76 nəfər iştirak edib. Nüşabə Sadıqlı 62 səs lehinə, 14 səs əleyhinə olmaqla Müsavat Məclisinin sədri, Rauf Ağa Məclisin katibi seçilib.

Bundan başqa, Başxanım Abbaslı, Səxavət Soltanlı, Alya Yaqublu və Gülağa Aslanlı Müsavat Partiyasının Divan üzvü seçilib. Mərkəzi Nəzarət-Təftiş Komissiyasına seçilən olmayıb, 4 yer boş qalıb. Məclisə 6 nəfər seçilməsi ilə Məclis üzvlərinin sayı 125 nəfərə çatıb, 26 yer isə boş qalıb.

Qeyd edək ki, Müsavat Məclisinin sədrliyinə namizədliyini irəli sürmüş Bakı Dövlət Universitetinin dosenti Sabir Məmmədli “seçki prosesində ictimai-siyasi prinsiplərin pozulması”nı səbəb göstərərək namizədliyini geri götürüb. Bunun nəticəsində sədrliyə digər namizəd - Nüşabə Sadıqlı alternativsiz qalıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR