Məhəmməd peyğəmbərin şərəfinə yürüş (VİDEO)

Məhəmməd peyğəmbərin şərəfinə yürüş (VİDEO)
14:56 29 Yanvar 2015
392 Dünya
Ölkə mətbuatı
A- A+

Dağıstanda avtoyürüş başlayıb.

ANS PRESS-in məlumatına görə, avtomobillər "Mahaçqala-Simferopol" marşrutu ilə hərəkət edəcək. Avtoyürüş Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsinə etiraz etmək üçün təşkil edilib.

Yürüşdə 120-dən çox avtomobil iştirak edəcək. Yolboyu da daha onlarla avtomobilin yürüşə qoşulacağı deyilir. Belə ki, istəyən hər kəs bu yürüşə qoşula bilər. Avtomobillər Dağıstan, Çeçenistan, İnquşetiya və Şimali Osetiyadan keçəcək. Şüar isə belədir: "Biz Məhəmməd peyğəmbəri sevirik!" və "Biz karikaturaların əleyhinəyik!".

İştirakçılar Simferopola çatan günü birlikdə namaz qılacaq, səhəri gün geri yola düşəcəklər.

Qeyd edək ki, bundan əvvəl də bir sıra ölkələrdə Məhəmməd peyğəmbərin (s.ə.s) karikaturalarının çəkilməsinə etiraz aksiyaları keçirilib. Yanvarın 17-də İnquşetiyanın Maqas şəhərində etiraz aksiyalarına 20 minə yaxın, yanvarın 19-da isə Çeçenistandakı aksiyalarda milyona yaxın insan iştirak etmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322654

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR