İrəvan qazan kimi qaynayır

İrəvan qazan kimi qaynayır
15:06 29 Yanvar 2015
382 Dünya
Ölkə mətbuatı
A- A+

Gümrü şəhər sakinləri İrəvanda keçirilən etiraz aksiyasına qoşulmaq niyyətindədirlər. Şəhər sakinləri öz avtomobilləri ilə paytaxta doğru gedirlər. Onlar vergi haqqında qanuna qarşı etiraz aksiyasına qoşulmaq üçün bu addımı atırlar.

ANS PRESS-in məlumatına görə, bu dəqiqələrdə İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir. Bura başqa şəhərlərdən minlərlə insan axışıb gəlir.

Ermənistanın baş naziri Ovik Abramyan iş cədvəlinin gərginliyinə görə aksiya iştirakçıları qarşısına çıxmaqdan imtina edib.

Hökumət nümayəndəsi Aleksandr Kazaryan aksiya iştirakçılarına bildirib ki, sizin üç gün əvvəl baş nazirlə görüşmək imkanınız var idi, amma siz istəmədiniz.

Aksiya iştirakçıları Ermənistan prezidentinin iqamətgahına doğru yürüş keçirmək niyyətindədirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=322658

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR