Qələbə kinoteatrı qarşısındakı yaranmış süni tıxacın səbəbləri açıqlandı

Qələbə kinoteatrı qarşısındakı yaranmış süni tıxacın səbəbləri açıqlandı
19:13 27 Dekabr 2014
226 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

İstər Mətbuat prospektindən, istərsə də Zərdabi kücəsindən dairəyə daxil olan nəqliyyat vasitələri qarşıda qoyulmuş "yol verin" nişanının tələbini pozaraq dairəyə birbaşa daxil olduqları üçün, eyni zamanda Qələbə kinoteatrı istiqamıtindən gələn nəqliyyat vasitələri "dayanmadan keçmək qadağandır" və "hərəkət sağ istiqamətə" yol nişanlarının tələblərini pozaraq birbaşa dairəyə daxil olduqları üçün sözügedən ərazidə süni tıxac yaranır.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC mətbuat xidmətindən məlumat verilib.

"Yol polisi əməkdaşları tərəfindən həmin ərazidə tənzimləmə işi aparıldıqdan sonra hərəkət normal vəziyyətə gətirilib. Belə nəticəyə gəlmək olar ki, süni tixacın yaranmasının yeganə səbəbi yol nişanlarının tələblərini pozmaqdır.

Sürücülərdən xahiş olunur ki, yol nişanlarının tələblərini pozmasınlar. Həmin ərazidə sürücülər qayda-qanuna riayət etsələr, orada tıxacdan söhbət gedə bilməz" - mətbuat xidmətindən bildirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR