x
Loading...

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə zona seminar-müşavirəsi keçirib

Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Gəncədə zona seminar-müşavirəsi keçirib
15:13 29 Yanvar 2015
447 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Gəncə, 29 yanvar, Sabir Əliyev, AzərTAc
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə Gəncədə zona seminar-müşavirəsi keçirilib.
AzərTAc xəbər verir ki, respublikamızın qərb bölgəsinin 9 şəhər və rayonlarının icra hakimiyyəti başçıları müavinlərinin, baş memar və hüquqşünasların iştirakı ilə keçirilən seminar-müşavirədə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar yeni əlavə və dəyişikliklər, onların tətbiqi zamanı yerli icra hakimiyyətləri ilə Fövqəladə Hallar Nazirliyi arasında əlaqələrin qurulması kimi məsələlər müzakirə edilib.
Seminar-müşavirədə çıxış edən FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin baş dövlət tikinti müfəttişliyinin sektor müdiri Kərim Ağayev tikintiyə icazənin verilməsi üzrə icraat, tikinti layihələrinin ekspertizası, tikinti işlərinin dayandırılması və obyektlərin sökülməsi, eləcə də Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində irəli sürülmüş digər bölmələr üzrə əlavə və dəyişikliklərin mahiyyəti barədə ətraflı məlumat verib.
Seminar-müşavirənin sonunda iştirakçıların suallarına cavab verilib və onlara hüquqi-normativ sənədlər, Məcəllənin tətbiqi ilə bağlı metodiki vəsaitlər paylanılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tikintide_Tehlukesizliye_Nezaret_Dovlet_Agentliyi_Gencede_zona_seminar_musaviresi_kechirib-828332

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR