Kursantlar mukafatlandirildi (FOTO)

Kursantlar mukafatlandirildi (FOTO)
19:21 27 Dekabr 2014
1047 Ölkə
Ölkə mətbuatı
A- A+

Cəmşid Naxçıvanski adına Hərbi Liseydə kursant tağımları arasında "Yurdumuzun tarixi" adlı intellektual istedadlar yarışı keçirilib.

ANS PRESS-in Müdafiə Nazirliyinin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, yarış Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilib və yarışın final mərhələsi də artıq başa çatıb.

Yarışda fərqlənən kursantlara fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib.

Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi general-mayor Mirzə Almasov qalibləri təbrik edərək onlara gələcəkdə uğurlar arzulayıb.












Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=17&nid=316700

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR