AŞPA yeni seçim etdi

AŞPA yeni seçim etdi
15:21 29 Yanvar 2015
150 Digər
Ölkə mətbuatı
A- A+

Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan üzrə həmməruzəçinin seçilməsi üzrə seçki keçirilib.

ANS PRESS-in məlumatına görə, Polşanın 1994-cü ildən AŞPA-dakı nümayəndə heyətinin üzvü, qurumun siyasi komitəsinin sədr müavini, monitorinq komitəsinin üzvü və xarici əlaqələr üzrə alt komitənin sədri Tadeuş İvinskini Azərbaycan üzrə həmməruzəçi seçilib.

Yeni seçki AŞPA-nın maltalı deputat Cozef Debano Qrexin Azərbaycan üzrə həmməruzəçi səlahiyyətləri başa çatdığı üçün baş tutub. Azərbaycan üzrə ikinci məruzəçi ispaniyalı deputat Pedro Aqramuntdur.

Xatırladaq ki, Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Ölkə üzərinə müxtəlif sahələrə aid, o cümlədən insan hüquq və azadlıqları ilə bağlıçoxsaylı öhdəliklər götürüb. Həmməruzəçilərin səlahiyyət müddəti beş ildir.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=322657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR