572 tələbə xaricə göndəriləcək

572 tələbə xaricə göndəriləcək
19:26 27 Dekabr 2014
85 Sosial
Ölkə mətbuatı
A- A+

572 tələbə Dövlət Proqramı təqaüdçüsü kimi xarici ali məktəblərdə təhsil alacaq.

ANS PRESS-in Təhsil Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, həmin tələbələr müraciət etdikdən sonra keçirilən müsahibə əsasında seçiliblər. Müsahibə onların təhsil alacaqları dildə keçirilib və nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət komissiyalar tərəfindən aparılıb. Bundan başqa, müsahibədə dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələri də iştirak ediblər.

Şəffaflığı təmin etmək üçün müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılıb. Seçilmiş 572 tələbə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrində təhsil alacaqlar.

Qeyd edək ki, 2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı olub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR