“Azneft” İstehsalat Birliyində “Maarifləndirmə proqramı”na əsasən təlim keçirilib

“Azneft” İstehsalat Birliyində “Maarifləndirmə proqramı”na əsasən təlim keçirilib
15:28 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
“Azneft” İstehsalat Birliyində mühəndis-texniki işçilərin, eləcə də fəhlə kadrların hazırlanması və idarəetmənin optimallaşdırılması məqsədilə işlənib-hazırlanmış “Maarifləndirmə proqramı”na əsasən növbəti təlim keçirilib.
Bu barədə AzərTAc-a ARDNŞ-in mətbuat xidmətindən bildirilib.
Təlimlərin məqsədi mühəndis-texniki işçilərin, eləcə də fəhlə kadrların yenidən hazırlanması və onların nəzəri-praktiki təcrübələrinin artırılmasıdır.
Təlimdə “Proqramlaşdırıla bilən məntiqi kontrollerlər (PLC)“ haqqında təqdimat olub. Həmçinin avtomatlaşdırılmış sistemlərdə texnoloji proseslərə nəzarət və idarəetməni həyata keçirən qurğular, onların məntiqi sxemləri və proqram təminatı, o cümlədən giriş və çıxış qurğularının texniki xarakteristikası ilə bağlı maarifləndirmə işlərinin davam etdirildiyi barədə məlumat verilib.
Proqrama əsasən işçilərin əyani vəsait və texniki ədəbiyyatlarla təmin olunması istiqamətində tədbirlər görülür. İngilis və rus ədəbiyyatlarından istifadə etməklə Azərbaycan dilində məlumatlar hazırlanır. İstehsalat Birliyi personalının nəzəri bilik və təcrübəsinin artırılması məqsədilə keçirilən təlimlərə əcnəbi mütəxəssislər də dəvət olunurlar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azneft_Istehsalat_Birliyinde_Maariflendirme_proqramina_esasen_telim_kechirilib-828338

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR