“Heyder Eliyev ve muasir genclik” movzusunda elmi konfrans

“Heyder Eliyev ve muasir genclik” movzusunda elmi konfrans
15:33 29 Yanvar 2015
807 Ölkə
Ölkə mətbuatı
A- A+


Naxçıvan, 29 yanvar, AzərTAc
Naxçıvan Dövlət Universitetində (NDU) 2 fevral –Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Heydər Əliyev və müasir gənclik” mövzusunda elmi konfrans keçirilib.
NDU-nun mətbuat şöbəsindən AzərTAc-a bildirilib ki, konfransı giriş sözü ilə açan rektor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin ölkədə, o cümlədən Naxçıvan Muxtar Respublikasında uğurla davam etdirilməsindən, dövlətin əsas sütununu təşkil edən gənclərə hərtərəfli dövlət qayğısından danışıb.
Saleh Məhərrəmov universitet tələbələrinin müxtəlif sahələrdə qazandığı uğurlardan söhbət açaraq, gəncləri qarşıdan gələn bayram münasibətilə təbrik edib, onlara elm və təhsildə, gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Universitet tələbə gənclər təşkilatının sədri Arzu Abdullayev, magistr Elgün Tağıyev, tələbə elmi cəmiyyətinin sədri, sosial idarəetmə və hüquq fakültəsinin tələbəsi, Prezident təqaüdçüsü Ramazan Abdullayev və tələbə idman şurasının sədri, pedaqoji fakültənin tələbəsi Nicat Allahverdiyev məruzələrində vurğulayıblar ki, müasir gənclik dövlət qayğısından və etimadından bəhrələnərək ictimai-siyasi, iqtisadi və digər sahələrdə müstəsna rol oynayır. Universitet tələbələri də aparıcı qüvvə kimi öndə gedir, dünya miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edirlər.
Məruzələrdə Vətənini, xalqını, sevən, geniş dünya görüşünə, intellektual potensiala, qətiyyətli siyasi əqidəyə, milli-mənəvi dəyərlərə malik gənclərin yetişməsində NDU-nun tələbə gənclər təşkilatının, tələbə elmi cəmiyyətinin və digər gənclər təşkilatlarının məqsədyönlü fəaliyyətinə toxunulub. Qeyd olunub ki, tələbə gənclər bundan sonra da dövlət siyasətini yekdilliklə dəstəkləyəcək, təhsildə böyük nailiyyətlər qazanacaq, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyindən çıxış edəcəklər.
Sonda 2 fevral –Azərbaycan Gəncləri Gününə həsr olunmuş slayd nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Heyder_Aliyev_ve_muasir_genclik_movzusunda_elmi_konfrans-828339

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR