Gəncədə iki nəfər dəm qazından zəhərlənib

19:37 27 Dekabr 2014
54 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 19:35 ]

Gəncə. Azər Məmmədli - APA. Gəncədə dəm qazından zəhərlənmə olub.

 

Gəncə şəhər Təcili Tibbi yardım xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Nəzakət İbrahimova dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki N.İbrahimova yaşadığı evin vanna otağında olarkən dəm qazından zəhərlənib.

 

Gəncə şəhər Təbriz küçəsində yaşayan, 1992-ci il təvəllüdlü Nuranə Qəhrəmanlı da dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, N.Qəhrəmanlı yaşadığı evin qonaq otağında olarkən qaz sobasından çıxan dəm qazından zəhərlənib.

 

Hər iki nəfərə tibbi yardım göstərilib. Onların vəziyyətlərinin normal olduğu bildirilir.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR