Aleksandr Lukaşenko: “Belarus “rus dünyası”nın bir hissəsi deyil, bunu unudun”

15:37 29 Yanvar 2015
374 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 15:33 ]

Bakı – APA. “Bəzi ağzıgöyçəklər var ki, Belarusun, onların sözləri ilə desək, “rus dünyası”nın, hətta az qala Rusiyanın bir hissəsi olduğunu bildirirlər.

Bun unudun. Belarus suveren və müstəqil dövlətdir. Biz belə bir ölkənin tarixdə olmadığını düşünən hər kəsi öz müstəqilliyimiz və suverenliyimizə hörmət göstərməyə məcbur edəcəyik. Əvvəl olmayıb, lakin indi var və bununla hesablaşmaq lazımdır”.

 

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə keçirdiyi mətbuat konfransında deyib.  

 

A. Lukaşenko Rusiya torpaqlarına iddia etmədiklərini bildirib: “Mən Smolensk, Bryansk, Pskov torpaqları haqda danışanda bunu cavab kimi söyləmişdim. Bu, ritorik zarafat idi. Bizə başqasının torpaqları lazım deyil. Vacib olan öz torpaqlarımızı heç kimə verməmək və onu uşaqlarımıza, nəvələrimizə ötürməkdir”.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370827

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR