Cəbhədə iki erməni əsgəri yaralanıb

15:57 29 Yanvar 2015
548 Sosial
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 15:55 ]

Bakı. Rəşad Süleymanov – APA. Cəbhə xəttində iki erməni əsgəri yaralanıb.

APA-nın Ermənistanın «razm.info» hərbi saytına istinadən verdiyi məlumata görə, bu gecə cəbhənin şimalında – Qazax-İcevan istiqamətində baş verən atışmada Ermənistan Silahlı Qüvvələrinin iki hərbi qulluqçusu yaralanıb.

 

Sayt yaralıların adlarını da açıqlayıb. Bunlar 1987-ci il təvəllüdlü Qrişa Otaryan və 1967-ci il təvəllüdlü Surik Movsisyandır.

 

Faktı Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan da təsdiqləyib. Yaralılar İcevanda xəstəxanaya yerləşdiriliblər.

 

Qeyd edək ki, yanvarın əvvəlindən bu günədək cəbhədə Ermənistan Ordusunun 10-a yaxın hərbçisi öldürülüb, 8-ə nəfər yaralanıb. Həmçinin bu gün cəbhə xəttində Azərbaycan Ordusunun mövqeləri üzərində kəşfiyyat aparan Ermənistan Silahlı Qüvvələrinə aid pilotsuz uçuş aparatı vurulub.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370830

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR