"Həmin tələbələr yataqxana ilə təmin olunublar" - NAZİRLİK

"Həmin tələbələr yataqxana ilə təmin olunublar" - NAZİRLİK
19:39 27 Dekabr 2014
264 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycanın 7 ali məktəbində 33 ixtisas üzrə SABAH qrupları fəaliyyətə başlayıb. Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, 688 tələbənin təhsil aldığı bu qruplarda 158 müəllim dərs deyir. Tələbələrdən 200-ə yaxını yataqxana ilə təmin olunub. Layihənin əsas hədəfi ali təhsilin yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, tədrisin təşkilində mütərəqqi forma və metodları tətbiq etməklə keyfiyyətin yüksəldilməsidir.

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə 1-ci SABAH Forumu keçirilib. İkigünlük forumda ölkənin müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan 250 nəfərə yaxın tələbəsi iştirak edib.

Forumun keçirilməsində əsas məqsəd ölkə təhsilinin strateji hədəfləri barədə ətraflı məlumatların verilməsi, müasir dövrün tələblərinə uyğun yüksək biliyə malik cəmiyyətin qurulmasında tələbələrin rolunun müəyyənləşdirilməsi, tələbələr arasında dialoqun yaradılmasından ibarətdir.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188923

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR