Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib

Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilib
16:28 29 Yanvar 2015
333 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
2014-cü ili ölkəmiz ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlığın dönüş ili adlandırmaq olar. Belə ki, dünyanın inkişaf etməkdə olan ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda FAO-nun ofisinin yaradılması üzrə razılıq əldə edilmişdir.
AzərTAc xəbər verir ki, bu sözləri kənd təsərrüfatı naziri Heydər Əsədov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransında deyib.
Nazir bildirib ki, indiyədək yalnız ABŞ, Yaponiya, Belçika və İsveçrədə mövcud olan belə ofisin ölkəmizdə təsis edilməsi, qlobal və milli səviyyədə ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə Azərbaycan dövlətinin siyasi iradəsindən xəbər verir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanda_FAO_nun_ofisinin_yaradilmasi_uzre_raziliq_elde_edilib-828358

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR