Azərbaycanda mənzillərin özəlləşdirilməsi ilə bağlı prosedur asanlaşdırılır

16:32 29 Yanvar 2015
319 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 16:21 ]

Bakı. Mübariz Aslanov - APA. Azərbaycanda vətəndaşın yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına təqdim edəcəyi sənədlərdə dəyişiklik edilir, prosedur asanlaşdırılır.

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun 8-ci maddəsinə əlavə və dəyişiklik təklif edilir.

 

Layihəyə əsasən, “Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə əlavə edilən sənədlər” siyahısına orderlə yanaşı, yaxud order əvəzi olaraq “mənzilin kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam” da əlavə olunur. Əlavə ediləcək sənədlər ərizə və sənədlərin təqdim edilməsi zamanı orderi əvəz edə biləcək.

 

Xatırladaq ki, hazırda vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:

 

- mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi;

 

- mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma);

 

- mənzil sahəsinin orderi.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370841

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR