Ermənistanda kütləvi aksiyalar başladı: Gümrü sakinləri İrəvana axışır

Ermənistanda kütləvi aksiyalar başladı: Gümrü sakinləri İrəvana axışır
16:34 29 Yanvar 2015
578 Sosial
Ölkə mətbuatı
A- A+

Bu gün Ermənistan paytaxtında mindən çox ticarətçi Hökumət Evinin qarşısında keçirilən növbəti etiraz aksiyasına toplaşıb. APA-nın “Kavkazskiy uzel”ə istinadən məlumatına görə, “Dövriyyə vergisi haqqında” qanuna etiraz edən nümayişçilər hökumət binasından çıxan məmurları fitə basaraq, onların “adi vəzifənin öhdəsindən gəlmədiklərini” deyiblər. Aksiyada “Qərarı ləğv edin!”, “Tətil” və “Biabırçılıq” kimi şüarlar səsləndirilib. Nümayiş iştirakçılarından Samson Qriqoryan çıxış edərək, “Dövriyyə vergisi haqqında” qanuna düzəlişlərin kiçik biznesi məhv etməyə yönəldiyini qeyd edib. O vurğulayıb ki, sahibkarlar öz mübarizələrinə son verməyəcəklər. Aksiyada maliyyə naziri Qaqik Xaçatryanın da istefası tələb olunub. Bir neçə aksiya iştirakçısı hökumət binasına soxulmağa çalışıb, lakin buna müvəffəq olmayıblar. Təşkilatçılar bildirib ki, onların aksiyasına dəstək vermək üçün çoxlu sayda Gümrü sakini də artıq İrəvana yola düşüb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191878

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR